İş detalları
24 11 2025
İşin təsviri
Mal-materialların uçotunun aparılması və müvafiq sənədləşmənin həyata keçirilməsi.
Anbar əməliyyatlarının düzgün və vaxtında 1C/Mühasibatlıq proqramında əks etdirilməsi.
Mal-material hərəkətlərinə (mədaxil, məxaric, qaytarılma və s.) nəzarət olunması.
Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Mal-material qalığının faktiki göstəricilərlə uyğunluğunun yoxlanılması və inventarizasiyada iştirak.
Daxili audit və yoxlamalar zamanı tələb olunan məlumatların təqdim olunması.
Namizədə olan tələblər
Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində).
Mühasibatlıq və ya mal-material uçotu üzrə minimum 2 il iş təcrübəsi.
1C proqramı və MS Excel üzrə peşəkar biliklər.
Vergi və mühasibat uçotu sahəsində biliklərin olması.
Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə bacarığı.
İş şərati
İş qrafiki: Bazar ertəsi – Cümə (09:00 – 18:00).
Əmək haqqı 1200 nett:
Rəsmi əmək müqaviləsi, Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.