Təçhizatçı

Max Print

25.10.2025

44
Müraciət et

İş detalları

Bakı Tam Ali 1500 Son tarix 
24 11 2025
İşin təsviri

Tədarükçülərin axtarışı və seçimi:
Tikinti materialları bazarının təhlili və etibarlı yerli tədarükçülərin seçilməsi;
Məhsul keyfiyyətinin, çatdırılma müddətinin və müqavilə şərtlərinin qiymətləndirilməsi.

Müqavilələrin bağlanması:
Tərəfdaşlarla danışıqların aparılması, əməkdaşlıq şərtlərinin razılaşdırılması;
Yerli partnyorlarla müqavilələrin hazırlanması və imzalanması.

Satınalmaların təşkili:
Tələbatın planlaşdırılması və sifarişlərin formalaşdırılması;
İcraata nəzarət, çatdırılmaların izlənməsi və vaxtında təhvil-təslimin təmin olunması.

Keyfiyyətə nəzarət:
Materialların standartlara uyğunluğunun yoxlanılması.

Loqistika və daşınma:
Yerli çatdırılmaların koordinasiyası;
Gömrük prosedurlarına əməl olunması.

Maliyyə nəzarəti:
Satınalma büdcəsinin formalaşdırılması və xərclərə nəzarət;
Qiymət təhlili və xərc optimallaşdırılması.

Hesabatlılıq:
Hesabatların hazırlanması, sənədləşmə və öhdəliklərin icrasına nəzarət.

Daxili şöbələrlə əməkdaşlıq:
Loqistika, mühasibatlıq, tikinti və layihə şöbələri ilə sıx əməkdaşlıq.

Namizədə olan tələblər

Təhsil:
Ali təhsil (iqtisadiyyat, loqistika, tikinti və ya əlaqəli sahələr üzrə).

Təcrübə və biliklər:
Tikinti materiallarının satınalması sahəsində təcrübə (xarici tədarükçülərlə işləmək üstünlükdür);
Xarici iqtisadi fəaliyyət, idxal və beynəlxalq loqistika barədə biliklər;
İngilis dili biliyi (digər dillər üstünlükdür);
MS Office (xüsusilə Excel) və satınalma idarəetmə proqramlarında sərbəst işləmək bacarığı.

Şəxsi keyfiyyətlər:
Məsuliyyətli, diqqətli, təşkilatçılıq bacarığı olan;
Böyük məlumat həcmi ilə işləmə bacarığı;
Danışıqlar aparmaq və qərar qəbul etmək bacarığı;
Komanda ruhu, stresədavamlılıq və çeviklik.

İş şərati

Əmək Məcəlləsinə əsasən rəsmi əmək müqaviləsi;
İş qrafiki: Bazar ertəsi – şənbə, saat 09:00 – 17:00;
Əməkhaqqı: 1500 AZN (NETT);
Rahat ofis mühiti, sabit iş yeri və peşəkar kollektiv.

Oxşar vakansiyalar