Satış Direktoru

Fairmont Baku

25.10.2025

28
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
24 11 2025
İşin təsviri

Qonaqpərvərlik sahəsində liderlik nümayiş etdirmək və otel satışının bütün mərhələlərində ardıcıl, yüksək səviyyəli xidmət təmin etmək;
Qonaqlara təqdim edilən məhsul və xidmətlərin onların gözləntilərinə cavab verməsini və ya bu gözləntiləri aşmasını təmin etmək;
Müştərilərə sadiq xidmət göstərərək uzunmüddətli münasibətləri inkişaf etdirmək və biznesin artımına nail olmaq;
İllik biznes planlaşdırması, proqnozlaşdırma, sahibkarlarla görüşlər, sistem təlimləri, hesabatların təhlili, mənfəət və zərərin idarə olunmasında iştirak etmək;
Müştərilərlə ehtiyaclarını müəyyənləşdirmək üçün görüşlər keçirmək və onların məqsədlərinə uyğun məhsul və xidmətlər üzrə tövsiyələr təqdim etmək;
Satışların artırılması və müştəri məmnuniyyətinin yüksəldilməsi məqsədilə strategiyaları müzakirə etmək və tədbirlər planı hazırlamaq;
Rəqiblərin fəaliyyətini monitorinq edərək yeni biznes imkanlarını və mövcud biznesdə təkmilləşmə sahələrini müəyyənləşdirmək;
Yeni məhsul, xidmət və bazarlara fokuslanaraq satış strategiyalarını hazırlamaq və həyata keçirmək;
Satış potensialını artırmaq və məhsullara maraq yaratmaq üçün tanıtım tədbirləri təşkil etmək;
Mövcud sistemlərin və daxili təlimatların təkmilləşdirilməsi istiqamətində təkliflər vermək və həyata keçirmək;
Büdcə təhlilində, illik büdcə planlarının hazırlanmasında və xərclərin planlaşdırılmasında aktiv iştirak etmək;
Departament üzrə təlimat və prosedur sənədlərinin hazırlanması, yenilənməsi və işçi heyətin məlumatlandırılması prosesinə rəhbərlik etmək;
Hər rüb üzrə fəaliyyət planlarını və maliyyə məqsədlərini yeniləmək, müəyyən edilmiş satış hədəflərinə nail olmaq;
Tədbirlər və qrup rezervasiyaları ilə bağlı məlumatların aidiyyəti şöbələrlə vaxtında və düzgün paylaşılmasını təmin etmək;
İllik satış hədəflərinə çatmaq üçün effektiv strategiyalar müəyyənləşdirmək və həyata keçirmək;
Gəlirlərin optimallaşdırılması məqsədilə yerli və dövlət təchizatçıları ilə qarşılıqlı və faydalı tərəfdaşlıqlar qurmaq və inkişaf etdirmək.

Namizədə olan tələblər

Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzuolunadır)
Müvafiq vəzifə üzrə təcrübə
Səlis Azərbaycan,İngilis,Rus dili
Opera PMS Software, Opera Sales & Catering / Opera Sales Force Automation, Property Manager Microsoft Windows kompüter proqramlarını bilmək.
Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək
Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
Dinamik, öyrənməyə həvəsli olmaq
Yaxşı satış və təqdimat bacarığı olmaq
Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq
İdarəetmə sahəsində təcrübə üstünlük təşkil edə bilər.
Güclü analitik, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları

İş şərati

Oxşar vakansiyalar