Memar

GM Construction

25.10.2025

49
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
24 11 2025
İşin təsviri

Layihələndirilən obyektə dair tələbləri müəyyən etmək;
Layihə-smeta sənədlərinin işlənib hazırlanması və rəsmiləşdirilməsi üzrə standartlar, Texniki şərtlər və digər rəhbər materiallar haqqında geniş məlumata sahib olmaq;
Yaşayış binalarının eskiz və işçi layihələrini hazırlamaq;
Tikinti-quraşdırma işlərinin həcminin texniki-iqtisadi əsaslandırılmasına və hesablamaların tərtib edilməsinə, tikinti smeta dəyərini, tikintiyə lazım olan materialların, məmulatın və avadanlığın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək;
Tədqiqat-axtarış işlərinin aparılmasında, layihə həllinin iqtisadi cəhətdən səmərəliliyinin təcrübədə yoxlanılmasında iştirak etmək;
Layihələndirilmiş obyektlərin tikintisinə müəllif nəzarəti həyata keçirmək, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət etmək;
Müxtəlif obyektlər üçün kompleks layihələrin memarlıq hissəsini (bölməsi) işləyib hazırlamaq;
Layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işlənib hazırlanması, müvafiq orqanlarla nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirilmə şərtlərini razılaşdırmaq və müdafiəsində iştirak etmək;
Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün onları lazımı məlumatlarla təmin etmək.

Namizədə olan tələblər

Memarlıq üzrə ali təhsil;
Müvafiq sahədə azı 10 il iş təcrübəsi;
Yaş həddi: 35-50;
Komandada işləmə bacarığı;
Məsuliyyət və punktuallıq;
Təşkilatçılıq bacarığı;
Analitik və yaradıcı düşüncə;
Kompüter bilikləri – MS Office, 3ds Max, AutoCAD, ArchiCAD, Revit və s;
Azrəbaycan dili-mükəmməl, rus və ingilis dili biliyi-üstünlükdür.

İş şərati

Əmək haqqı razılaşma əsasında təyin ediləcək;
Korporativ nömrə ilə təmin olunma;
İş rejimi: 6 günlük (şənbə qısa iş günü);
Nahar təminatı;
İş yeri: Bakı şəhəri

Oxşar vakansiyalar