Debitor borclar üzrə kiçik mühasib

Azerbaijan SuperMarket

25.10.2025

27
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
24 11 2025
İşin təsviri

İnvoysların yazılması üçün daxili sistemə (COİNS) uyğun olaraq excel faylda dataların hazırlanması
Daxili sistemdə (COİNS) invoysların yazılması və vergi sisteminə (e-tax) göndərilməsi. Daha sonra COİNS və e-tax sisteminin üzləşdirilməsi.
Bank çıxarışının gündəlik yoxlanılması
Təchizatçılara göndərilən qaimələrə əsasən debitor borclar üzrə hesabatın hazırlanması.
Təchizatçılardan daxil olan email və zənglərin vaxtında cavablandırılması
Təchizatçıların müraciətinə əsasən borc siyahılarının hazırlanması və göndərilməsi
Ehtiyac olduqda invoys və e-qaimələrdə düzəlişlərin edilməsi
İnvoyslara əsasən təchizatçılardan daxil olan aktların yoxlanılması və imzaya təqdim edilməsi
Təchizatçı tərəfindən düzəlişə göndərilən qaimələrin izlənməsi və yenidən geri göndərilməsi
Təchizatçılara göndərilən qaimələrə əsasən borc məbləğlərinin vaxtında ödənilməsinə nəzarət edilməsi.
Yaranan fərqlərin araşdırılması və həll edilməsi
Ehtiyac olduqda problemlərin həlli üçün təchizatçılarla görüşlərin keçirilməsi
Ay ərzində daxil olan qalıq ödənişlərin ay sonu yoxlanması
Təchizatçılarla rüblük üzləşmələrin edilməsi və aktların hazırlanması

Namizədə olan tələblər

Mühasibat uçotu/maliyyə üzrə bakalavr dərəcəsi
Mühasibat uçotu üzrə fundamental biliklər
Minimum 1 il mühasibatlıq təcrübəsi
Microsoft office, xüsusilə excel proqramlarında işləmə bacarığı
Möhkəm ünsiyyət, danışıq və yazı bacarıqları
Dəqiqlik və detallara diqqət
Sənədləşdirmə və qeydlərin aparılması tapşırıqlarını yerinə yetirmək bacarığı
Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları; ingilis dili üzrə orta səviyyə kifayətdir.
Analitik düşünmə bacarıqları və tələb olunan həlləri aşkar etmək və müəyyən etmək bacarığı.
Bütün iş tapşırıqlarında keyfiyyətə və etibarlılığa sadiqlik
Situasiyaları təhlil etmək, problemləri müəyyən etmək və həll yollarını tövsiyə etmək bacarığı

İş şərati

Oxşar vakansiyalar