Dərman və tibbi vasitələr şöbəsinin aparıcı məsləhətçisi (maliyyə-iqtisadiyyat üzrə)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi

25.10.2025

32
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
24 11 2025
İşin təsviri

Aptek təşkilatlarına edilən sığorta ödənişlərinin aylıq, rüblük və illik hesabatlılığını təmin etmək;
Aptek təşkilatları ilə hesablaşmalar zamanı potensial riskləri qiymətləndirərək, onların aradan qaldırılması üçün təkliflər hazırlamaq;
Toplanmış hesabatlar və statistik göstəricilər əsasında iqtisadi təhlil və analizlər aparmaq;
Aptek təşkilatlarından alınan hesabatlar üzrə üzləşmə aktlarını yoxlayıb təhlil etmək və ödəniş üçün Maliyyənin müvafiq şöbəsinə təqdim etmək;
Kreditorlarla hesablaşmaları davamlı izləmək, yaranan problemləri araşdıraraq həllini təmin etmək;
Şərti kompensasiya məbləğlərini və müştərək maliyyələşmə məbləğini hesablamaq.

Namizədə olan tələblər

Təhsil: Ali təhsil - Maliyyə, İqtisadiyyat, MBA, Data Analitika ixtisasları üzrə təhsil üstünlükdür;
Təcrübə: Maliyyə, iqtisadi təhlil, maliyyə hesabatlılığı sahəsində ən azı 3 il iş təcrübəsi;
Texniki biliklər: İngilis dili – intermediate səviyyəsində, rus dili bilikləri üstünlükdür, yüksək səviyyədə MS Excel və Power Bi bilikləri, Python üzrə biliklərinin olması arzuolunandır;
Şəxsi bacarıqlar: İnduktiv və analitik təhlil, problemləri həll etmə, komanda ilə işləmə, ünsiyyət, vaxtın idarə olunması, təqdimat bacarıqları.

İş şərati

Gənc və peşəkar kollektivdə çalışma şansı;
Yüksək komanda ruhu və zəngin təcrübə qazanmaq fürsəti;
Karyera inkişafı üçün yaradılan şərait;
Rəqabətədavamlı əmək haqqı;
İldə üç dəfə mükafatlandırma sistemi.

İş qrafiki: Həftə içi 5 günlük iş rejimi (Bazar ertəsi – Cümə);
İş saatı: Mövcud iş saatlarından birinin seçimi ilə;
İş yeri: Bakı şəhəri, Begoc Biznes Mərkəzi;

Seçim mərhələləri:
Müraciətlərin nəzərdən keçirilməsi
Test mərhələsi
Müsahibə