Tələblərin idarə edilməsi şöbəsinin mütəxəssisi

İcbari Sığorta Bürosu

22.10.2025

21
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
21 11 2025
İşin təsviri

İcbari sığortalar və müvafiq qanunvericilik çərçivəsində daxil olan müraciətlərin və sənədlərin qəbulu, qeydiyyatı və ilkin araşdırılması;
Kompensasiya ödənişlərinə dair tələb olunan sənədlərin toplanmasında iştirak edilməsi;
Tələblərin qanunvericiliyə uyğunluğunun yoxlanılmasında aparıcı və baş mütəxəssislərə dəstək göstərilməsi;
Subroqasiyaya aid işlərin icrasında iştirak edilməsi;
Şöbə üzrə gündəlik yazışmaların, məktubların və hesabatların hazırlanmasında iştirak edilməsi;
Şöbədaxili işlərin icrasında digər əməkdaşlarla qarşılıqlı əməkdaşlıq edilməsi;
Təhlükəsizlik texnikası, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət olunması.

Namizədə olan tələblər

Təhsil və Təcrübə:

Ali təhsil;
İxtisas üzrə ən azı 1 il iş təcrübəsi;
İcbari sığortalar və mülki qanunvericilik üzrə ilkin biliklər.
Peşəkar bacarıqlar:

Verilən tapşırıqları dəqiq və vaxtında icra etmək bacarığı;
MS Office proqramlarında (Word, Excel) işləmə bacarığı;
Hesabatların və sənədlərin hazırlanmasında dəstək göstərmə bacarığı.
Dil bilikləri:

Azərbaycan dili – əla səviyyədə;
İngilis dili – arzuolunan;
Rus dili – arzuolunan.

İş şərati

İş yeri: Bakı

Oxşar vakansiyalar