İş detalları
24 11 2025
İşin təsviri
Potensial müştərilərlə üzbəüz və ya onlayn konsultasiyalar keçirmək;
Xaricdə təhsil proqramları, universitetlər və təqaüd imkanları haqqında ətraflı məlumat vermək;
Müştərilərlə güclü və uzunmüddətli əlaqələrin qurulması və saxlanılması üçün davamlı kommunikasiyanın təşkili;
Müştəri sorğularını operativ cavablandırmaq, narahatlıqları və problemləri həll etmək;
Müştərilərə təqdim edilən məlumatların düzgün və aktual olması üçün daxili komandalarla koordinasiyalı işləmək;
Xaricdə Təhsil Departamenti üçün konsultasiya strategiyalarının hazırlanmasında rəhbərliklə əməkdaşlıq etmək;
Pilgrim Education-ı təmsil etmək üçün təhsil sərgiləri, seminarlar və şəbəkələşmə tədbirlərində aktiv iştirak etmək.
Namizədə olan tələblər
Ali təhsil (bakalavr dərəcəsi minimum);
Təhsil, müştəri xidməti və ya satış sahəsində minimum 1 il iş təcrübəsi (xaricdə təhsil sahəsində təcrübə üstünlükdür);
Yüksək ünsiyyət və təqdimat bacarığı;
Azərbaycan və İngilis dillərini sərbəst bilmək (Rus dili əlavə üstünlükdür);
Dinləmə və empatiya bacarıqları – müştəri ehtiyaclarını düzgün anlamaq qabiliyyəti;
Sürətli öyrənmək, detallara diqqətli olmaq və təşəbbüskar davranmaq;
Google Workspace, Microsoft Office və CRM sistemləri ilə işləmək bacarığı;
Komanda ilə işləmək və sərt son tarixlərdə fəaliyyət göstərmək bacarığı.
İş şərati
Rahat və müasir iş mühiti;
Xaricdə təhsil sahəsində dəyərli təcrübə və inkişaf perspektivləri;
Yaxşı motivasiyaedici əmək haqqı və bonus sistemi;
Peşəkar və dəstəkləyici komanda;
Yerli və beynəlxalq tədbirlərdə iştirak imkanı.
Sabit (400-1000AZN) aylıq əmək haqqı (müsahibənin nəticələrinə əsasən razılaşdırılır)