Baş mühasib

İnşaat şirkəti

24.10.2025

41
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
23 11 2025
İşin təsviri

Maliyyə-təssərüfat fəaliyyətinin mühasibat uçotunu, müəssisədə təsdiq olunmuş uçot siyasətinə və hesabatların aparılması qaydalarına müvafiq təşkil etmək;
Mühasibat uçotunda müəssisədaxili əməliyyatların qeydi və hesabda əks olunmasını təmin etmək;
ƏDV, ÖMV, Mənfəət, Gəlir, Əmlak, Statistika hesabatlarının hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara təqdim olunması, şəxsi hesab vərəqəsinə nəzarət etmək;
Müəyyən edilmiş qaydada mühasibat sənədlərinin bütövlüyünü, tərtibatını və arxivə təhvil verilməsini təmin etmək;
Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsinə nəzarət etmək;
Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;
Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək;
1C proqramında şirkətin bütün hesabatlarını düzgün mədaxilini və silinmələri nəzarətdə saxlamaq, proqramda yaranan problemlərlə bağlı müvafiq şöbələrlə koordinasiyalı işləyərək həllini təşkil etmək;
Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq həll etmək;
İllik auditorlar palatası üçün maliyyə hesabatlarının hazırlanması
Yaranmış vəziyyət tələb etdikdə rəhbərlik qarşısında təşəbbüs qaldırmaq, təklikflər vermək.

Namizədə olan tələblər

Təhsil: Ali (İqtisadi)
İş təcrübəsi: 3-5 il iş təcrübəsi olan
Dil bilikləri: Azərbaycan (Rus və ingilis dili biliyi üstünlükdür)
Vergi Məcəlləsi və müvafiq normative hüquqi-aktlar üzrə biliyə sahib olmalı
Peşəkar Mühasib Sertifikatı mütləqdir
Riyazi hesablama aparmaq, analitik təhlil etmək qabiliyyəti
Kompüter bilikləri: 1C 8.3 Proqram biliyi mütləqdir və MS Office yaxşı səviyyədə bilməsi.

İş şərati

Beş günlük iş həftəsi
Rəqabətli əmək haqqı (biz bunu təcrübəniz əsasında müzakirə edəcəyik)
Şəhərin mərkəzində ofis
Peşəkar inkişaf üçün təlimlər və seminarlar.
Dinamik və gənc komanda ilə iş imkanı.

Oxşar vakansiyalar