Restoran supervayzer/menecer

JABA F&B

24.10.2025

34
Müraciət et

İş detalları

Bakı Tam Vacib deyil Son tarix 
23 11 2025
İşin təsviri

Restoranın işinin səmərəli təşkili və idarə olunmasını təmin etmək;
Restoranın performansını izləmək və təkmilləşdirmək üçün müvafiq tədbirlər görmək;
Restoranın işçi heyətinin vəzifə öhdəliklərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
Restoran personalı – ofisiant, ofisiant köməkçisi, barmen, xadimə və inzibati heyətin iş qrafiklərini hazırlanmaq və ədalətli bölüşdürülmək;
Məhsul sifarişlərinin düzgün tərtib edilməsini təmin etmək;
Restoran heyətini idarə etmək, təlimlər keçirmək və işçilərin inkişafını təmin etmək;
Satışların artırılması və müəyyən edilmiş hədəflərə çatmaq üçün təşəbbüslərin həyata keçirilməsini təmin etmək;
Qida təhlükəsizliyi və gigiyena standartlarına riayət olunmasına nəzarət etmək;
Restoranda sanitariya və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək;
Texniki xidmət və təmir işlərinin vaxtında və effektiv şəkildə yerinə yetirilməsinin təmin edilməsi üçün lazımi şöbələrə məlumat vermək.

Namizədə olan tələblər

Təcrübə: Restoran və ya hotel sferasında 3 - 5 il idarəetmədə təcrübə;
Xidmət sektorunda müştəri yönümlü düşüncə tərzi;
Yüksək səviyyədə təşkilatçılıq və problem həll etmə bacarığı;
Azərbaycan və rus dili biliyi, ingilis dili arzu olunandır.
Kompüter bilikləri: Excel, Word, Outlook və digər ofis proqramlarından istifadə etmək bacarığı.

İş şərati

Nahar şirkət tərəfindən verilir;
İş qrafiki: 6 günlük;
İş yeri: Bakı şəhəri, Xetai r,. Necefgulu Refiyev kuc.

Oxşar vakansiyalar