İş detalları
23 11 2025
İşin təsviri
Anbar üçün sifarişlərin verilməsi.
Xammal qəbulu zamanı faktiki say və çəkilərin düzgünlüyünə nəzarət.
Xammalın düzgün formada saxlaılmasını təmin etmək.
Qəbul olunmuş xammalların sistemə düzgün işlənməsinə nəzarət etmək.
İstehsalat sahəsinə tələb üzrə xammal və qablaşdırmanın təhvil verilməsi.
Sistem üzrə transferlərin düzgün və vaxtında edilməsi.
Xammalların çıxışı zamanı FİFO -ya nəzarət.
Anbarda stok limitin yaradılması və bu stok limitə görə xammalların sifarişini təmin etmək.
İstehsalat sahəsinin sifarişi zamanı gələn xammalların anbara Xammal qəbulu proseduruna uyğun Keyfiyyət mütəxəssinin iştirakı ilə qəbul edilməsi.
Xammal qəbul zamanı məhsulları fakturaya uyğun olmağına nəzarət etmək. Hər-hansı bir kəsir və ya geri qaytarma barədə İstehsalat Rəhbərinə məlumatın verilməsini təmin etmək.
Anbara qəbul olunan bütün məhsullar üzərindəki etiket bilgilərinə uyğun şəraitdə saxlanılmasını təmin etmək.
Qəbul olunan xammal fakturalarını muhasibatlığa çatdırılmasını təmin etmək, Sistem üzərində anbar stokuna düzgün oturulmasına nəzarət etmək.
İstehsalat sahəsinə günün birinci yarsı lazım olan xammalların əl qaiməsi ilə təhvil verilməsi və sistem üzrə transferinin təmin edilməsi.
Anbardan çıxan xammalların transferlərini sistem üzərində vaxtında işləməli.
Xammalların anbara qəbulu, yerləşdirilməsi və anbardan çıxışı zamanı FİFO- ya (ilk girən ilk istifadə olunmalı) nəzarət etməli.
Anbarda uzun müddət hərəkətsiz qalan xammal və ya istifadə müddətinə az qalmış məhsullar haqda yazılı olaraq məlumat verməlidir.
Namizədə olan tələblər
İş Təcrübəsi: Administrator olaraq 1 il təcrübə arzuolunandır
İş şərati
İş Yeri: Boğça Lab (Mərdəkan q.)
İş qrafiki: 6 gün