İnteryer dizayner, memar

TABİA Group

24.10.2025

48
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
23 11 2025
İşin təsviri

Estetik baxımdan xoş və gözəl görünəcək dizaynlar inkişaf etdirə biləcək estetik duyğuya sahib olmaq
Məkan tələblərini müəyyən etmək, rəng və işıqlandırma kimi dekorativ elementləri seçərək interyeri funksional, təhlükəsiz və gözəl etmək
Biznes ehtiyaclarını anlamaq, təhlil etmək və uyğun dizayn həllərinə tərtib etmək
Binaların, əsasən otellərin interyer dizaynını, funksional və estetik tərtibatını həyata keçirmək
Landşaft və açıq ərazilərdə müxtəlif məkanları ehtiyyaca uyğun layihələndirmək
Estetik cazibədarlığı olan və mövcud məkandan ən yaxşı şəkildə istifadə etməklə daxili məkanları layihələndirmək
Məkandan necə istifadə ediləcəyini planlaşdırmaq, layihənin tələblərinin müəyyən etmək
İlkin dizayn planlarının, o cümlədən mexaniki və elektrik sxemlərini tərtib etmə bacarığı
İşıqlandırma, divar örtükləri, döşəmə və santexnika qurğuları kimi materialların təsnifatını bilmək
Kompüter dəstəkli dizayn proqramları və əl çəkmə bacarıqlarından istifadə edərək layihələri təqdim etmək üçün eskizlər, rəsmlər və mərtəbə planları hazırlamaq
Layihənin büdcəsini, o cümlədən materialların həcmini və işçi qüvvəsinin müəyyən etmək
Layihələrini asanlaşdırmaq üçün yerində müşahidələr aparmaq və tövsiyələr vermək
Layihərəin icrasına nəzarət etmək və işləri təhvil almaq
Memarlar, podratçılar, rəssamlar, mebelçilər və inşaat mühəndisləri də daxil olmaqla müxtəlif həmkarlarla əməkdaşlıq etmək

Namizədə olan tələblər

Sektor yeniliklərini yaxından izləmək
Effektiv ünsiyyət qurmaq və təqdimat
Layihə idarəetmə, sürətli həll tapma, vaxtı idarəetmə
Planlaşdırma və prioritetləşdirmə, əməkdaşlıq
Nəticəyönümlü, öyrənməyə və özünü inkişafa açıq olmaq
Komandadaxili mövcud olan çox istiqamətli iş proseslərinə riayət etmək
AutoCAD, SketchUp, 3D Max, Illustrator və ya digər dizayn proqramlarında işləmə
İncəsənət və/və ya dizayn üzrə ali təhsil dərəcəsi,
Müvafiq sahədə 5 il təcrübə

İş şərati

Vakansiya 6 aylıq nəzərdə tutulmuşdur.

Oxşar vakansiyalar