İş detalları
23 11 2025
İşin təsviri
Mağaza əməliyyatlarının idarə olunması
Mağazanın gündəlik fəaliyyətinin fasiləsiz işləməsini təmin etmək
Kassaların, POS sistemlərinin, anbar çıxışlarının və inventar prosesinin nəzarəti
Mağaza nizam-intizam qaydalarının tətbiqi və icrasına nəzarət
Komanda idarəçiliyi
Satıcılar, kassirlər, anbardar və digər personalın iş bölgüsünü təşkil etmək
Yeni işçilərin adaptasiya və təlim prosesini həyata keçirmək
Komandanın iş qrafiki, motivasiyası və performans qiymətləndirilməsinin təşkili
Satış və müştəri məmnuniyyəti
Satış planlarının icrasına nəzarət və satışın artırılması üçün təşəbbüslər irəli sürmək
Müştəri şikayətlərinin operativ və peşəkar şəkildə həllini təmin etmək
Mağazada yüksək xidmət standartlarının qorunması və təkmilləşdirilməsi
Merçendayzinq və vizual düzən
Məhsulların satışa təsirli yerləşdirilməsi və vitrinlərin dövri yenilənməsi
Kampaniya və endirimlərin mağaza daxilində doğru əks olunmasına nəzarət
Brend standartlarına uyğun vizual təqdimatın təmin edilməsi
Hesabatlıq və analitika
Gündəlik/ həftəlik/ aylıq satış, stok və itki (shrinkage) hesabatlarının hazırlanması
Məhsul dövriyyəsi, satış dinamikası və anbar balansı ilə bağlı analitika aparmaq
Rəhbərliyə operativ məlumatlandırma və təkliflərin təqdim edilməsi
Təhlükəsizlik və risklərin idarəsi
Malların itkisinin qarşısının alınması üzrə nəzarət mexanizmlərinin tətbiqi
Mağazada texniki və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət
Fövqəladə hallar və yoxlamalar zamanı prosedurların icrasına rəhbərlik etmək