Mühasibat uçotu və maliyyə hesabatlılığı şöbəsinin müdiri

AzProduct

24.10.2025

46
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
23 11 2025
İşin təsviri

Maliyyə hesabatlarının müvafiq qanunvericilik tələblərinə uyğun hazırlanmasını və təqdim edilməsini təmin etmək;
Şirkətin illik,aylıq və strateji maliyyə büdcələrinin hazırlanmasında rəhbərlik etmək;
Vergi , Statistika, digər büdcə ilə hesablaşmalar və hesabatlılığın təşkilində yaxından iştirak etmək;
Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək ;
Maddi, əmək, maliyyə vəsaitlərinin qənaətli istifadəsi və Cəmiyyətin əmlakının qorunması istiqamətində tədbirlər görmək
Şirkətin maliyyə və mühasibat uçotunun düzgün təşkilini və idarə olunmasını təmin etmək;
Gəlir və xərclərin struktur analizini aparmaq və optimallaşdırma təklifləri vermək;
Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət etmək;
Aylıq daxili maliyyə hesabatlarının hazırlamaq;
Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) təşkilinə nəzaarət etmək;

Namizədə olan tələblər

Ali təhsil: Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahədə ali təhsil ACCA/FCCA və ya analoji sertifikatlar üstünlükdür;
Təcrübə: Maliyyə mühasibatlıq sahəsində ən azı 4 il təcrübə , 2 ildən artıq maliyyə rəhbəri üzrə təcrübə
Bilməlidir:

Cəmiyətin maliyyə-təsərrüfat fəaliyyətini;
Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;
Müəssisə, idarə və təşkilatlarda mühasibat hesabının metod və formalarını; uçot və hesabatı;
Hesabatların plan və korrespondensiyasını; hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;
Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını;
Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını; hesablama texnikasının istismarı qaydalarını;
İqtisadiyyatın, istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını; daxili əmək intizamı qaydalarını;
Əmək qanunvericiliyinin əsaslarını;
Bacarıqlar:

Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
Ünsiyyət yaratmaq, dinləmək qabiliyyətinə malik olmalı;
İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
Analiz etmək, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqların olması.

İş şərati

Normal iş şəraiti ilə təmin olunmaq;
Səlahiyyətinə aid olan məsələlər üzrə işlədiyi təşkilatı müəyyən olunmuş qaydada digər təşkilatlarda təmsil etmək;
Səlahiyyətinə aid olan məsələlər üzrə təkliflər ilə çıxış etmək;
Rəhbərliyin çağırdığı müşavirələrdə səlahiyyətinə aid olan məsələlərin müzakirəsində iştirak etmək;
Əmək qanunvericiliyi və digər normativ sənədlərlə müəyyən olunmuş digər hüquq və səlahiyyətlər.

5 günlük iş qrafiki
İş yeri: Babək prospekti 74
Korporativ nömrə
Nahar şirkət tərəfindən verilir
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Oxşar vakansiyalar