İş detalları
21 11 2025
İşin təsviri
Şirkətin kommersiya fəaliyyətinə dair qiymət təkliflərinin hazırlanması, rəhbərlik və layihə rəhbərləri ilə razılaşdırılması, müştərilərə təqdim olunması və arxivləşdirilməsinin təmin edilməsi;
Bazarın mövcud tendensiyalarının, rəqiblərin və tərəfdaşların fəaliyyətinin təhlili, hesabatların hazırlanması və müvafiq araşdırmaların aparılması;
Yerli və beynəlxalq tenderlərin təşkili və idarə olunması: sənədlərin hazırlanması, tərəfdaşlarla əməkdaşlıq, danışıqların aparılması və tələb olunan sənədləşmənin təmin edilməsi;
Müştərilərə aylıq təhvil-təslim aktlarının hazırlanması, təsdiqlənməsi və göndərilməsi;
Müqavilə, akt, qiymət təklifi, marketinq materialları və təqdimatların hazırlanması, sistemli arxivləşdirilməsi və müvafiq tərəflərə təqdim olunması;
Müştərilərlə dövri əlaqələrin qurulması, məmnuniyyətin ölçülməsi və müştəri yönümlü inkişaf təkliflərinin hazırlanması;
Vendorlar və xarici əməkdaşlarla işin koordinasiyası, iş axınının və öhdəliklərin düzgün icrasına nəzarət;
Şirkət üçün tələb olunan sertifikat, abunəlik və digər hüquqi-sənədli təminatların həyata keçirilməsi;
Rəhbərlik üçün rüblük və illik analitik hesabatların hazırlanması, təqdim olunması və qərarvermə prosesində iştirak.
Namizədə olan tələblər
Ali təhsil (iqtisadiyyat, biznes idarəçiliyi və ya əlaqədar sahələr üzrə);
Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
Azərbaycan, rus və ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət qabiliyyəti;
Güclü analitik düşünmə, planlama və hesabatlılıq bacarığı;
MS Office proqramlarından sərbəst istifadə qabiliyyəti;
Problem həll etmə qabiliyyəti;
Komanda ilə işləmək bacarığı;