İş detalları
23 11 2025
İşin təsviri
Müraciət edən abunəçilərə səmərəli və dəqiq cavab vermək, mümkün həll yollarını izah etmək və müştərinin dəyərli olduğunu hiss etməsini təmin etmək;
Kanalda daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğularını üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
Müraciətinin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
Abunəçinin müraciətlərini effektiv və vaxtında həllini təmin etmək üçün daxil/çıxan zəngləri idarə etmək;
Müştəri ilə müsbət etibarlı münasibət qurmaq və saxlamaq üçün əlavə səy göstərmək;
Şirkətin siyasət və prosedurlarına əməl etmək;
Rəhbərlik tərəfindən vəzifə ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək
Namizədə olan tələblər
Orta və ya ali təhsil
Müəyyən sahələrdə peşəkarliq (dərəcələri): Tələb olunmur
İş təcrübəsi: Tələb olunmur
Dil bilikləri: Azərbaycan dili (məcburi), rus dili (arzuolunandır)
Güclü ünsiyyət bacarığı, müştəriyönümlülük, çeviklik, komandada işləmə bacarığı
İş şərati
İş yeri: Bakı şəhəri
İş günü: həftədə 5 gün
İş saatları: 08:00 – 21:00 arası işləmək imkanı (8 saatlıq növbəli iş rejimi tətbiq olunur)
Əmək haqqı: 800 AZN (qross, fixed)
Aylıq iş saatlarının sayı qanunvericiliyə uyğun olaraq müəyyən ediləcək.