Baş Mühasib

Sənaye istehsal müəssisəsi

24.10.2025

25
Müraciət et

İş detalları

Sumqayıt Tam Ali Son tarix 
23 11 2025
İşin təsviri

Mühasibat uçotunun Azərbaycan Respublikasının qanunvericiliyinə və IFRS standartlarına uyğun təşkil edilməsi;
İstehsalat proseslərindən yaranan xərc mərkəzlərinin, istehsal maya dəyərinin və maddi ehtiyatların uçotunun düzgün aparılması;
Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının IFRS tələblərinə uyğun hazırlanması;
Büdcə planlaşdırılması, fakt–plan analizi və xərc optimallaşdırılması proseslərinin həyata keçirilməsi;
Vergi, DSMF, Statistika və digər dövlət orqanlarına hesabatların vaxtında və düzgün təqdim edilməsi;
İlkin sənədlərin yoxlanılması, ödəniş tapşırıqlarının hazırlanması və maliyyə intizamına nəzarət;
Audit yoxlamaları zamanı tələb olunan sənədlərin və izahatların təqdim olunması;
Mühasibat komandasının fəaliyyətinə rəhbərlik və daxili prosedurların təkmilləşdirilməsi.

Namizədə olan tələblər

Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində);
Mühasibatlıq üzrə minimum 5 il, o cümlədən istehsalat sahəsində ən az 2 il rəhbər vəzifədə iş təcrübəsi;
IFRS standartları, Vergi Məcəlləsi və Maliyyə hesabatlılığı üzrə dərin biliklər;
1C, Excel (advanced level) və digər mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
Güclü analitik və hesabat hazırlama bacarığı;
Yüksək məsuliyyət, dəqiqlik və rəhbərlik keyfiyyətləri.

İş şərati

İş qrafiki: 5 günlük
İş saatı: 08:00 – 17:00
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Oxşar vakansiyalar