İş detalları
23 11 2025
İşin təsviri
Fasad sistemlərinin (alüminium kompozit, keramika, havalandırılan fasad, şüşə, daş, boya və s.) layihə və texniki tələblərə uyğun icrasını təmin etmək;
Layihə sənədlərini (çertyojlar, spesifikasiyalar, detallar) təhlil etmək və sahədə tətbiqini təmin etmək;
İş həcmlərinin düzgün hesablanması, smeta və material tələblərinin hazırlanmasında iştirak etmək;
Material və avadanlıq təchizatına nəzarət etmək, qəbul aktlarını və anbar uçotlarını yoxlamaq;
Montaj işlərinin ardıcıllığını planlaşdırmaq və qrafiklə uzlaşdırmaq;
Fasad üzrə işlərin icrasına dair “iş təlimatları” və “metod statement”lərin hazırlanmasında iştirak etmək.
Fasad işləri zamanı keyfiyyət standartlarına, təhlükəsizlik qaydalarına və istehsalat normalarına riayət olunmasına nəzarət etmək;
Görülən işlərin keyfiyyət aktlarının (IR, NCR, MIR və s.) tərtibində iştirak etmək;
Fasad səthlərində deformasiya, rəng fərqi, montaj uyğunsuzluğu kimi qüsurları vaxtında aşkar etmək və aradan qaldırılmasına nəzarət etmək.
Namizədə olan tələblər
Ali texniki təhsil (müvafiq ixtisas: inşaat mühəndisliyi, memarlıq və ya oxşar sahə);
Fasad sistemləri, montaj texnologiyaları və material növləri barədə biliklər;
Layihə sənədləri (AutoCAD, PDF, Revit, Excel) ilə işləmək bacarığı;
Texniki hesabatların və iş qrafiklərinin hazırlanması təcrübəsi;
Komanda ilə işləmək, texniki nəzarət və problem həll etmə bacarıqları.
İş şərati
İş qrafiki: 5/2, 09:30-18:30
Rəqabətli əmək haqqı
Şirkət tərəfindən təmin olunan nahar.
Korporativ mobil nömrə.
Şəxsi və peşəkar inkişaf üçün imkanlar
Böyüməkdə olan dinamik bir mühit;
Fikir və təşəbbüslərin dəstəkləndiyi çevik komanda.