Maliyyə meneceri

Green Tech

24.10.2025

35
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
23 11 2025
İşin təsviri

Maliyyə Direktorunun rəhbərliyi ilə müəssisənin qısamüddətli və uzunmüddətli maliyyə planlarının hazırlanmasını təmin edir.
İstehsalat prosesində maliyyə axınlarını (xərclər, gəlirlər, dövriyyə vəsaitləri) planlaşdırır və idarə edir.
Baş Mühasiblə birgə mühasibat uçotunun düzgün və şəffaf aparılmasına nəzarət edir.
İstehsal xərclərinin təhlilini aparır, faktiki və plan göstəriciləri müqayisə edir, qənaət imkanlarını müəyyənləşdirir.
Büdcə və proqnozların hazırlanmasını, icrasına nəzarəti və dövri təhlillərin aparılmasını təmin edir.
Müəssisənin gəlirlilik səviyyəsini artırmaq məqsədilə maliyyə modelləri və optimallaşdırma planları hazırlayır.
Kredit, lizinq, investisiya və digər maliyyə mənbələrinin cəlb olunması ilə bağlı təkliflər hazırlayır.
Maliyyə Direktoruna dövri hesabatlar, göstəricilər və təhlil sənədləri təqdim edir.
Baş Mühasibin təqdim etdiyi hesabat və balans məlumatlarını təhlil edir, yekun nəticələri Maliyyə Direktoruna təqdim edir.
Maliyyə komandası üzvlərinin (Baş mühasib və digər mütəxəssislərin) fəaliyyətinə rəhbərlik edir və işin effektivliyini qiymətləndirir.

Namizədə olan tələblər

Ali təhsil (maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində);
Baş mühasib və ya maliyyə sahəsində 8 ildən yuxarı iş təcrübəsi;
Beynəlxalq maliyyə və ya mühasibatlıq sertifikatlarının olması üstünlükdür;
1C ERP (8.3) proqramında minimum 3 il praktiki iş təcrübəsi;
Microsoft ofis -Excel (advanced səviyyədə);
Vergi və maliyyə hesabatlarının hazırlama bacarığı mütləqdir;
Mühasibat uçotunu mütləq bilməli, müxabirləşmə bacarığı olmalıdır;
Analitik düşünmə bacarığı;
Məsuliyyət və etibarlılıq;
Kənd təsərrüfatı sahəsində mühasibat uçotunun aparılması üzrə biliklər arzuolunandır.

İş şərati

İş qrafiki: 09:00-18:00 ( 5 günlük iş qrafiki);
Iş yeri Binə qəsəbəsində yerləşir;
Gediş-gəliş şirkət tərəfindən təmin edilir;
Nahar şirkət tərəfindən təmin edilir;
Əmək haqqı razılaşma yolu ilə.

Oxşar vakansiyalar