İş detalları
21 11 2025
İşin təsviri
Sosial media, bloqlar, veb sayt və e-poçt marketinqi üçün yüksək keyfiyyətli, brend tonuna uyğun və kreativ kontent hazırlamaq;
Sayt kontenti, banner mətnləri, sosial media postları və digər marketinq materialları üçün kopiraytinq mətnləri yazmaq;
Həftəlik rubrikalar, video kontent formatları və digər kreativ ideyalar təklif etmək;
Video formatında kontent ssenariləri yazmaq və çəkiliş proseslərində idarəçi olaraq iştirak etmək;
SEO-ya uyğun kontent hazırlamaq və açar sözlər üzrə optimizasiya aparmaq;
Komanda ilə birgə çalışaraq strategiya və kampaniyalar üçün yaradıcı kontent həlləri irəli sürmək;
Təqdim olunacaq məhsul və xidmətləri araşdırmaq, funksiyalarını və üstünlüklərini dərindən başa düşmək və bu əsasda düzgün kontent hazırlamaq.
Namizədə olan tələblər
Kontent yaradılması və kopiraytinq sahəsində minimum 1-2 il iş təcrübəsi;
Kreativ və analitik düşüncə bacarığı;
Yüksək səviyyədə araşdırma və informasiyanı işləmə qabiliyyəti;
Güclü yazı üslubu və brendə uyğun ton tapmaq bacarığı;
Effektiv kommunikasiya və təqdimat bacarığı;
Vaxtın idarə olunması və çoxsaylı tapşırıqların eyni vaxtda icra edilməsi bacarığı;
Komandada işləmə bacarığı və əməkdaşlığa açıq olmaq;
Yeni məhsul və xidmətləri tez bir zamanda mənimsəmək, funksiyalarını dərk etmək və bu bilgilərə əsaslanaraq kontent hazırlamaq qabiliyyəti.
İş şərati
İş rejimi: Həftə içi 5 gün, 09:00–18:00
Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
Ünvan: Ziya Bünyadov prospekti 43