İş detalları
23 11 2025
İşin təsviri
İSB, e-gov.az, e-sosial.az və məşğulluq.gov.az portallarında müvafiq əməliyyatların aparılması
İşçilərin işə qəbulu, işdən azad edilməsi və əmək müqavilələrinin hazırlanması
İşçi qovluqlarının tərtibi və mütəmadi yenilənməsi
Kadr sənədlərinin arxivləşdirilməsi və elektron bazada saxlanılması
Arayışlar, xəstəlik vərəqələri və çıxarışların hazırlanması və qeydiyyatı
Kadrlarla bağlı məşğulluq və digər dövlət orqanlarına hesabatların təqdim edilməsi
Məzuniyyət təqviminin hazırlanması və monitorinqi
HR məlumat bazasının idarə edilməsi və statistik məlumatların (işçi sayı, məzuniyyət, dövriyyə və s.) analizi
Yeni işçilərin adaptasiya (onboarding) prosesinin təşkili və müşayiəti
Daxili qaydalar, etik kodeks və vəzifə təlimatlarının icrasına nəzarət
Daxili kommunikasiya və işçi motivasiyasının artırılmasına yönəlik təşəbbüslərin dəstəklənməsi
Dövlət orqanlarının yoxlamaları zamanı tələb olunan sənədlərin hazırlanması və təqdim olunması
Aylıq, rüblük, yarımillik və illik hesabatların hazırlanması
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası
Namizədə olan tələblər
Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları və ya menecment sahəsində olması arzuolunandır)
Müvafiq sahədə minimum 3 il peşəkar iş təcrübəsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək qanunvericiliyini mükəmməl bilməli
Kompüter bilikləri: Word, Excel, E-poçt, HR sistemləri üzrə sərbəst istifadə bacarığı
Azərbaycan dili yüksək səviyyədə, rus dili biliyi üstünlükdür
Analitik düşüncə, kommunikasiya və təqdimat bacarığı
Səlis nitq və orfoqrafik yazı qaydalarına diqqət
İş şərati
5 günlük iş rejimi (Bazar ertəsi – Cümə)
Karyera və inkişaf imkanları
Peşəkar və mehriban kollektiv
Müasir ofis və rahat iş şəraiti
Korporativ tədbirlər və təlim proqramları
Əmək Məcəlləsinə uyğun rəsmi sənədləşmə
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.
İş yeri: Bakı şəhəri
İş rejimi: 5 günlük iş həftəsi