İş detalları
23 11 2025
İşin təsviri
Şirkətin məhsul və xidmətləri üçün biznes strategiyası və biznes planlarını hazırlayır
Şirkətin maliyyə dövriyyəsini artıra biləcək yeni xidmət və ya məhsul yaradılmasında yaxından iştirak etmək
Şirkətin məhsul və xidmətləri üçün yeni müştərilər cəlb edir və onlarla əməkdaşlıq prosesini həyata keçirir
Müştəri xidmətlərindən daxil olan sorğu və ya bazar araşdırması nəticəsində müəyyən edilən potensial müştərilərin müəyyən edilməsini təmin edir
Müştərilərlə əlaqələrin yaradılması (soyuq zəng, online, görüş)
İlkin şərtlərin və təklifin təqdim edilməsi
Müqavilə proseslərini tam nəzarət etmək. (şərtlərin müzakirəsi, təsdiqləmə, imzalama)
Aidiyyatı struktur bölmələr ilə məlumat bölgüsünü təmin edir
Müştərilər və onların məhsul və xidmətləri üçün inteqrasiya proseslərini daim nəzarətdə saxlayaraq icrasını tam təmin edir
Nağd və onlayn ödəniş bazarlarında baş verənləri mütəmadi olaraq araşdırır, bu sahədə ən son trendləri öyrənir
Öz sahəsində olan təchizatçılarla aparılan işlərə, sifarişlərin vaxtında yerləşdirilməsinə və icrasına nəzarət edir
Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barəsində Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat vermək.
Şirkətin biznes inkişafı fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərdə aktiv iştirak etmək.
Namizədə olan tələblər
Ali təhsil (Biznes idarəetmə, iqtisadiyyat, maliyyə)
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
Biznes inkişafı işinin təşkili və idarə edilməsini bilikləri
Bazar araşdırılmasının aparılması təcrübəsi
Partnyorlarla, müştərilərlə işlərin aparılması qaydalarını bilməli
Enerjili, aktiv, daim öz üzərində çalışan
Rus və İngilis dil biliyi
Təqdimat bacarığı, yüksək ünsiyyət bacarığı
Ofis proqramlarını bilməli, (word, excel, PowerPoint və s)
Əməyin mühafizəsi qayda və normalarına əməl etmək
Kollektivlə işləmə bacarığı və stresə davamlı
İş şərati
Ofis daxili;
İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
Tibbi sığorta təminatının verilməsi;
Nahar yeməyinin təmin olunması;
“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;