Koporativ hüquqşünas

KOLLEKTA

24.10.2025

39
Müraciət et

İş detalları

Bakı Tam Ali 1500 Son tarix 
23 11 2025
İşin təsviri

Təşkilatın fəaliyyəti çərçivəsində bağlanan daxili və xarici müqavilələri hazırlayır, onların reyestrini aparır və mütəmadi yenilənməsini təmin edir;
Təşkilatın maliyyə əməliyyatları, borcların idarə olunması və kolleksiya fəaliyyəti ilə bağlı daxili qayda, prosedur və əsasnamələrin hüquqi ekspertizasını həyata keçirir, təkmilləşdirmə üzrə təkliflər verir;
Müştərilərlə, partnyorlarla və digər hüquqi şəxslərlə bağlanmış müqavilələrin hüquqi risklərini qiymətləndirir və uyğun tövsiyələr hazırlayır;
Təşkilatın tərəf olduğu bütün müqavilələrə hüquqi ekspertiza verir və viza prosedurunu həyata keçirir;
Təşkilat tərəfindən verilən etibarnamələrin hüquqi əsaslarını yoxlayır və onların düzgün tərtibini təmin edir;
Kolleksiya prosesində iştirak edən əməkdaşlara hüquqi dəstək göstərir, borclularla aparılan danışıqlarda hüquqi çərçivənin qorunmasına nəzarət edir;
Borclularla bağlı məhkəmə iddialarının qaldırılması üçün zəruri sənədləri toplayır, hüquqi analiz aparır və müvafiq məhkəmə orqanlarına təqdim edir;
Məhkəmələrin qətnamə və qərarları ilə razılaşmadıqda apellyasiya və ya kassasiya şikayətlərini hazırlayır, prosesi nəzarətdə saxlayır;
Təşkilatın hüquqi risklərini qiymətləndirir və risklərin minimallaşdırılması üzrə tədbirlər görür;
Tələb olunduqda dövlət və icra orqanları, notariat kontorları və məhkəmələrdə təşkilatın təmsilçiliyini həyata keçirir;
Təşkilatın hüquqi fəaliyyəti üzrə aylıq və illik hesabatlar hazırlayır, rəhbərliyə təqdim edir;

Namizədə olan tələblər

Hüquq sahəsində ali təhsil;
3-5 il korporativ və ya maliyyə-hüquq sahəsində iş təcrübəsi (kollektor təşkilatında təcrübə üstünlükdür);
Müvafiq qanunvericiliyi – Mülki Məcəllə, İcra haqqında Qanun, Bank və Kredit ittifaqları haqqında qanunvericilik – yüksək səviyyədə bilmək;
Yüksək məsuliyyət və analizetmə bacarığı;
Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
Detallara diqqət və məxfilik prinsiplərinə əməl etmək;
Azərbaycan dilini mükəmməl bilmək, Rus və İngilis dillərini bilmək üstünlükdür;
MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook və s.) sərbəst işləmək bacarığı.

İş şərati

Əmək haqqı: NETT 1500 AZN+
İş yeri : Bakı şəh, Nərimanov ray., Aşıq Molla Cümə
Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda
5 günlük iş qrafiki: I-V-ci günlər 10:00-19:00

Oxşar vakansiyalar