Keyfiyyətə nəzarət üzrə mühəndis

Bakelektro

24.10.2025

13
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
23 11 2025
İşin təsviri

Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatları tətbiq edir və prosesi təqib edir;
Elektrik quraşdırma və tikinti işlərinin keyfiyyət proqramına uyğun aparılmasına və texnoloji proseslərin ardıcıllığının pozulmamasına nəzarət edir;
İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi işinin təşkili, onların aradan qaldırılması üzrə tədbirləri görür;
Müayinə zamanı kritik qəraraları standart çərçivəsində dəyərləndirir;
Elektrik quraşdırma və tikinti işlərinin həyata keçirilməsi prosesində yaranmış nöqsanların bərpa edilmə kriteriyalarını bilməli və edilən bərpaedici tədbirlərin standartlara uyğunluğunu daimi nəzarətdə saxlayır;
Keyfiyyətsiz xidmətlərin göstərilməsinin qarşısını alır;
Gizli və üstüörtülü işlərin qəbulunu həyata keçirir, nəticələr müsbət olduğu halda müvafiq “gizli və üstüörtülü işlərin qəbulu akt”larını imzalayır;
Sahələrdə aşkarlanmış uyğunsuzluqların reystrini tərtib edir, uyğunsuzluqların izlənilməsini təmin edir;
Yeni işə başlamış tikinti - quraşdırma sahələrini lazımı normativ – texniki sənədlərlə təmin edir;
Risk qiymətləndirməsi aparır, cari riskləri idarə etmək və gələcək riskləri proqnozlaşdırır.
İşlərin qəbulu zamanı layihə tələbləri və real ölçülər arasında aşkarlanmış uyğunsuzluqlar haqqında məlumatları bilavasitə rəhbərliyə bildirir;
Görülən işlərin sertifikatlaşdırılması və standartlaşdırılması proseslərini təşkil və nəzarət edir.
Tikinti –quraşdırma sahəsində işlər bitərkən, sahə rəisindən yekunlaşmış işlərə aid sənədləri aktlaşdırılaraq müvafiq şöbəyə qəbul edilməsini və arxivə təhvil verilməsini təmin edir.

Namizədə olan tələblər

Yaş: 25-40
Təhsil: Ali
Dil: İngilis dili - əla
İş təcrübəsi: müvafiq sahədə min.3 il
BƏY namizədlərə üstünlük verilir

İş şərati

İş rejimi:tam iş rejimi, 6 gün
Iş saatı:,08:00-18:00, şənbə günü qısaldılmış iş günü
Nahar şirkət tərəfindən verilir
Əmək Haqqı müsahibə zamanı təyin olacaq.

Oxşar vakansiyalar