Sətəm üzrə mütəxəssis

AMAL Group

24.10.2025

16
Müraciət et

İş detalları

Qubadlı Tam Ali 1200 Son tarix 
23 11 2025
İşin təsviri

Müəssisədə əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktlara riayət olunmasına nəzarət etmək;
İşçilərin sağlam və təhlükəsiz şəraitdə fəaliyyət göstərməsini təmin edən tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
SƏTƏM üzrə risklərin qiymətləndirilməsi və zəruri tədbirlərin görülməsi üçün təhlillər aparmaq;
İstehsalat qəzaları, xəsarət halları, zəhərlənmələr və digər hadisələrin araşdırılmasında iştirak etmək, aktlar tərtib etmək, hesabatlar hazırlamaq;
Yeni işçilərin ilkin SƏTƏM təlimatlandırılmasını və mütəmadi olaraq mövcud işçilərin yenidən təlimatlandırılmasını təşkil etmək;
Təhlükəli iş sahələrində SƏTƏM qaydalarının yerinə yetirilməsinə gündəlik nəzarət etmək və pozuntu halları barədə akt tərtib etmək;
İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına və düzgün istifadəsinə nəzarət etmək;
Sahə üzrə plan və proqramlar (təlimat planı, yoxlama planı, risk təhlili və s.) tərtib etmək və yerinə yetirilməsinə nəzarət etmək;
SƏTƏM sahəsində hesabatların hazırlanması, aidiyyəti orqanlara və rəhbərliyə təqdim edilməsi;
Yanğın təhlükəsizliyi sistemlərinin (yanğınsöndürənlər, siqnalizasiya, çıxış yolları) vəziyyətinə nəzarət etmək və təftişlər aparmaq;
Ətraf mühitə təsirin minimuma endirilməsi üçün ekoloji nəzarət və tullantıların idarə olunmasına dair tədbirlər görmək;
Aidiyyəti dövlət qurumlarının yoxlamalarında iştirak etmək və tələb olunan sənədləri təqdim etmək.

Namizədə olan tələblər

İş stajı; 1-3 il
Yaş həddi: 25-55

İş şərati

6 günlük iş qrafiki
Əmək haqqı: 1200 AZN
İş yerinin ünvanı: Qubadlı (Yaşayış yeri və qidalanma şirkət tərəfindən təmin ediləcək)

Oxşar vakansiyalar