Korporativ Satış üzrə Mütəxəssis

ADVERA

23.10.2025

18
Müraciət et

İş detalları

Bakı Tam Ali 2500-3000 Son tarix 
22 11 2025
İşin təsviri

Şirkətin Reklam məhsulları və xidmətlərinin satışını həyata keçirmək , satış planlarını icra etmək və satış hədəflərinə çatmaq;
Yeni müştərilərin cəlb olunması və mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və yaxşılaşdırılması, potensial müştərilər arasında şirkətin reklam məhsullarını və xidmətlərinin yayılması;
Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və xidmətlərlə bağlı çarpaz təkliflər hazırlanması;
Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya xidmətinin təqdim edilməsi;
Korporativ müştərilərə təqdim olunacaq təkliflərlə bağlı təqdimatların hazırlanması;
Bazar trendlərini izləmək, rəqibləri təhlil etmək və satış strategiyalarının təkmilləşdirilməsi üçün təkliflər vermək;
Gündəlik, həftəlik və aylıq satış göstəricilərini izləmək, analiz etmək və rəhbərliyə hesabat təqdim etmək;
Müştərilərin sifarişlərini qəbul etmək, sifarişin yerinə yetirilməsinə nəzarət etmək və müştəri məmnuniyyətini təmin etmək;
Şirkətin təşkil etdiyi sərgilərdə, təqdimatlarda və kampaniyalarda iştirak etmək və satışın artırılmasına dəstək vermək;
Potensial müştərilərlə aparılan görüş və danışıqların, göndərilən/təqdim olunan təkliflərin, görüş və danışıqların nəticələrinin məlumat bazasında gündəlik olaraq qeyd edilməsi və şöbə rəhbərinə təqdim edilməsi.

Namizədə olan tələblər

Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment və ya digər əlaqəli sahələr üzrə üstünlük verilir)
Korporativ satış və ya B2B müştərilərlə minimum 1-3 il iş təcrübəsi (Reklam sahəsində olanlara üstünlük verilir);
Azərbaycan dili sərbəst, Rus və İngilis dilləri arzuolunandır;
Effektiv ünsiyyət və təqdimat bacarıqları;
Aktiv satış və müzakirə aparmaq bacarığ;
Kompüter bilikləri (MS Office proqramları).

İş şərati

İş yeri: Bakı, Sarabski küçəsi 75, Sarabski Plaza;
5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;

Təklif edirik:
Gəlirlilik 2500-3000 azn (Əmək haqqı + bonus)
B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərclərinin təmini;
Push30 platformasına qoşulmaq imkanı;
Aylıq,rüblük və illik bonuslar;
Həyatın yığım sığortasına qoşulmaq fürsəti;
Böyüməkdə olan dinamik bir mühit;
Fikir və təşəbbüslərin dəstəkləndiyi çevik komanda.

Oxşar vakansiyalar