İş detalları
22 11 2025
İşin təsviri
ERP sistemləri üzrə (Priority + Oracle) təlim materiallarının hazırlanmasına və yenilənməsinə dəstək vermək.
ERP funksionallıqları, yeniliklər və sənaye təcrübələri üzrə araşdırmalar aparmaq.
Baş məsləhətçilərlə birlikdə ERP sistemlərində ilkin konfiqurasiya və test proseslərində iştirak etmək.
Sistem testləri və validasiya proseslərindəki funksionallıqları sənədləşdirmək.
Müştəri üçün təkliflərin və ERP nümayişlərinin hazırlanmasında kömək göstərmək.
Inlab şirkətinin sosial media platformaları üçün ERP və biznes prosesləri mövzusunda maarifləndirici kontent hazırlamaq.
Namizədə olan tələblər
Biznes, İT, Menecment və ya əlaqəli sahə üzrə təhsil alan tələbə olmaq.
ERP sistemlərinə və rəqəmsal transformasiyaya maraq göstərmək.
Yaxşı ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarıqları.
Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) sərbəst işləmək bacarığı.
Ofisdə tam iş rejimində (full-time) işləmək imkanı.
İngilis dilində orta və ya yüksək səviyyədə bilik.
İş şərati
Real yerli və beynəlxalq ERP layihələrində iştirak imkanı.
Təcrübəli mütəxəssislərlə və sənaye ekspertləri ilə əməkdaşlıq.
Peşəkar mühitdə texniki və yumşaq bacarıqların inkişafı.
Biznes proseslərinin başdan-sona qədər öyrənilməsi və ERP tətbiqetmə mərhələləri ilə tanışlıq.
Qeyd: Təcrübə proqramını uğurla tamamlayan namizədlər Inlab şirkətində əməkdaş kimi işə qəbul ediləcəklər.
Təcrübə Detalları:
Müddət: 3–6 ay
Format: Tam iş rejimi
Məkan: Inlab Ltd. ofisi, Bakı, Azərbaycan
Təcrübə növü: Ödənişsiz