Smetaçı

GM Construction

23.10.2025

37
Müraciət et

İş detalları

Bakı Tam Ali Son tarix 
22 11 2025
İşin təsviri

Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
Obyektlərin layihələndirilməsi üçün, layihə təşkilatları ilə birlikdə titul siyahılarını işləyib hazırlanması;
Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəsinin təmin edilməsi;
Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qruplaşmalarının yaradılması;
Tikintidə istifadə olunacaq materialların smeta və norma qaydalarına uyğun istifadəsi və silinməsi proseslərinə 1C 8.3 proqramı vasitəsilə silinməsi;
Hazırlanmış smetaya uyğun olaraq tikinti sahəsində birbaşa texniki nəzarətin həyata keçirilməsi;
Müxtəlif tikinti-quraşdırma və təmir işlərinin səmərəli və optimal qiymətə yerinə yetirilməsi üçün təkliflərin verilməsi;
Ümumtikinti, təmir, MEP (elektrik quraşdırma, sanitar texniki, su təhcizatı, kanalizasiya) işləri üçün verilmiş layihələr əsasında material, iş həcmlərinin analizi və detallı smetaların tərtib edilməsi.

Namizədə olan tələblər

Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;
İnşaat mühəndisliyi üzrə ali təhsil;
Eskiz və işçi layihəni oxuma bacarığı;
Kompyuter biliyi: yüksək səviyyədə MS Office və AutoCad biliyi.
Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

İş şərati

Əmək haqqı razılaşma əsasında təyin ediləcək;
Korporativ nömrə ilə təmin olunma;
İş rejimi: 6 günlük (şənbə qısa iş günü);
Nahar təminatı;
İş yeri: Bakı şəhəri

Oxşar vakansiyalar