
İş detalları
22 08 2025
İşin təsviri
C# back-end API və React/Angular front-end üçün avtomatlaşdırılmış test framework-un dizaynı həyata keçirilməsi və davamlılığını təmin edilməsi
Yeni və mövcud funksionallıqlar üçün geniş test əhatə dairəsini təmin edilməsi
Tələbləri, qəbul meyarlarını anlamaq və test strategiyalarını müəyyənləşdirmək üçün məhsul sahibləri və proqramçılarla vəhdətdə işləməli
Qarşıdan gələn funksionallıqların test edilə bilməsi üçün sprint planlaşdırmasında iştirak etməli
Inteqrasiya və end-to-end testlər kimi avtomatlaşdırılmış test ssenarilərini CI/CD mühitində işə salmalı və nəticələri təhlil etməli
Tapılmış qüsurları(bug) aydın və konkret şəkildə sənədləşdirib, onların həll prosesini izləməli
Test prosesi, əhatə dairəsi və potensial keyfiyyət riskləri barəsində müntəzəm olaraq rəy verməli
QA prosesini, alətləri və avtomatlaşdırılmış test framework-i təkmilləşdirmək üçün imkanları araşdırmalı
Keyfiyyəti və məhsuldarlığı artırmaq üçün yeni test metodologiyaları, ən yaxşı təcrübələr və alətləri araşdırmalı və komanda ilə bölüşməli
Avtomatlaşdırma və test yanaşmaları ilə bağlı gənc QA mütəxəssislərini və ya komanda üzvlərini istiqamətləndirməli
Avtomatlaşdırılmış testləri (məsələn, GitHub Actions, Azure DevOps,) CI/CD prosesi ilə inteqrasiya etməli
Namizədə olan tələblər
1–3 illik QA Avtomatlaşdırma sahəsində təcrübə, həm back-end, həm də front-end test sferası ilə bağlı iş təcrübəsi.
Texnologiyalar ilə işləmək bacarığı:
BDD framework (SpecFlow, Selenium, Cucumber, Apium) ilə təcrübə
Performance test alətləri (JMeter) üzrə təcrübə.
Konteynerləşdirmə və bulud servisləri (Docker, Azure) haqqında ümumi biliklər.
Təhlükəsizlik testlərinin əsas prinsip anlayış bilikləri
Mikro servis, Sevis yönümlü, Monolit arxitekturalar ilə iş təcrübəsi
SQL sorğularının yazma təcrübəsi
Diplom:
Kompüter proqramlaşdırma, kompüter elmləri və ya bitişik sahə üzrə bakalavr dərəcəsi.
Dillər:
Azeri əla, rus və ingilis yaxşı (yazı və şifahi)
İş şərati
Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq
Maraqlanan namizədlər cv-ləri “Avtomatlaşdırma QA üzrə Mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.